İsveçin baş naziri Ulf Kristersson qeyd edib ki, İsveç və Finlandiya müxtəlif mərhələlərdə NATO üzvü ola bilərlər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kristersson mətbuat konfransında ölkəsinin NATO-ya üzvlük müraciəti ilə bağlı “İsveç və Finlandiya müxtəlif mərhələlərdə ratifikasiya (üzvlük) ola bilər” deyib.
Baş nazir qeyd edib ki, o və İsveçin NATO üzrə baş müzakirəçisi Oskar Stenstrom son həftələrdə müxtəlif mərhələlərdə alyansa üzvlük imkanlarının artdığı təəssüratındadırlar.
İsveçin üzvlüklə bağlı yekun qərarın Türkiyəyə aid olduğunu vurğulayan Kristersson, Finlandiyanın İsveç olmadan NATO-ya daxil olması kimi bir vəziyyətin öhdəsindən gəlməyə hazır olduğunu da əlavə edib.
Manşet.az