Ərdoğan TDT sammitindən danışdı: Başda Azərbaycan olmaqla...

00:27 - 23 Mart 2023

Ərdoğan TDT sammitindən danışdı: Başda Azərbaycan olmaqla...

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan qardaş ölkələr zəlzələ fəsadlarının aradan qaldırılmasında dəstək göstərib.

 

Manset.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli telekanallara müsahibəsində bildirib.

Ərdoğan vurğulayıb ki, Türk dünyası ölkələri var gücləri ilə Türkiyəyə dəstək verib.

"TDT ilə artıq bir bədənin üzvləri kimi olmuşuq. TDT-nin Fövqəladə Zirvəsini də Ankarada keçirdik və Mülki Müdafiə Mexanizminin yaradılmasına dair qərar aldıq. Başda Azərbaycan olmaqla, Qırğızıstan, Qazaxıstan, Türkmənistan buraya gələrək görülən işləri izləyiblər”, - Türkiyə lideri vurğulayıb.

Xatırladaq ki, mart ayının 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü keçirilib. Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş və 50 minə yaxın insanın həyatına son qoyan zəlzələlərə görə keçirilən toplantının mövzusu “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” olub. 


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin