logo
logo logo
logo

"Onları peşman edənə qədər mübarizə aparacağıq" - Pezeşkian

23:47 - 08 Sentyabr 2026

\"Onları peşman edənə qədər mübarizə aparacağıq\" - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə davam edən müharibə və Vaşinqtonun ölkəsinə qarşı həyata keçirdiyi addımlarla bağlı açıqlamalar verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian İranın hər zaman müharibəyə qarşı çıxdığını, lakin ölkəyə hücum edənləri tamamilə peşman edənədək mübarizəni davam etdirəcəklərini bildirib.

O, İranın “hər zaman müharibəyə qarşı çıxdığını, xalqının maraqlarını qorumaqla yanaşı, bölgənin təhlükəsizliyini təmin etmək məqsədilə vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyi əsas götürdüyünü” bildirib.

Pezeşkian İranın indiyədək ölkəyə qarşı həyata keçirilən hücumlardan özünü müdafiə etdiyini qeyd edərək deyib:

“Bu müqaviməti təcavüzkarlar tamamilə peşman olanadək qətiyyətlə davam etdirəcək və İran xalqının hüquqlarını qorumağa davam edəcəyik.”


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az