logo
logo logo
logo

Tramp və Putinin telefon danışığı baş tutdu

20:54 - 08 Sentyabr 2026

Tramp və Putinin telefon danışığı baş tutdu

Kreml Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığının baş tutduğunu açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, iki lider arasında söhbətin təxminən bir saat davam etdiyi qeyd olunub.

Kreml danışıqların konstruktiv keçdiyini bildirib. Tərəflərin Stiv Vitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərlərinin nəticələrini müzakirə etdiyi açıqlanıb.

Açıqlamada Putinin Trampa “Rusiyanın Avropaya qarşı heç bir düşmənçilik planının olmadığını” söylədiyi bildirilib.

Kremlin məlumatına görə, Putin münaqişənin daha tez başa çatması üçün ABŞ-ın hansı addımları ata biləcəyi barədə Trampa məlumat verib. Rusiya Prezidenti döyüş meydanında baş verənlərlə bağlı ölkəsinin qiymətləndirməsini də ABŞ liderinə çatdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az