DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
7 Dekabr 2024
15:59 - 23 Mart 2023
Rusiya İrəvan və Bakını danışıqları bərpa etməyə çağırıb.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə news.ru saytının jurnalisti Sona Rüstəmovanın sualını cavablandırarkən bildirib.
“Sülh prosesinin alternativi yoxdur. Bu məsələdə qətiyyətliyik və mövqeyimizi bir daha təsdiqləyirik”, - deyə o vurğulayıb.
Zaxarova, həmçinin Rusiyanın Azərbaycan və Ermənistanın nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh müqaviləsinin hazırlanması, parlamentarilərin görüşlərinin keçirilməsi və s. məsələlər daxil olmaqla bütün istiqamətlər üzrə danışıqların bərpasının tərəfdarı olduğunu vurğulayıb.
Regional əməkdaşlığın inkişafını da şərh edən Zaxarova qeyd edib ki, Moskva Rusiya-Azərbaycan-İran formatına böyük önəm verir. Onun sözlərinə görə, bu format artıq iqtisadiyyat, nəqliyyat və enerji sektorlarında qarşılıqlı fəaliyyət və birgə layihələrin həyata keçirilməsi üçün effektiv platforma kimi özünü təsdiqləyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin