Azərbaycanda vəzifəli şəxs müəlliməni qaçırdı
15 Oktyabr 2024
14:21 - 25 Mart 2023
AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə matçda (1:4) xəsarət alan Azərbaycan millisinin üzvü Eddi İsrafilovun durumuna aydınlıq gəlib.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin zədəsi ciddidir. O, yığmanın seçmə mərhələnin II turunda İsveçlə oyununu buraxacaq. İsrafilovun konkret nə zaman sıraya dönəcəyi isə hələlik dəqiqləşməyib.
Xatırladaq ki, Eddi Avstriya ilə matçın 60-cı dəqiqəsində zədələnərək Elvin Camalovla əvəzlənib.
İsveç-Azərbaycan matçı martın 27-də keçiriləcək və Bakı vaxtı ilə 23:45-də start götürəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin