Neftçalada yol qəzası: Yaralılar var

21:15 - 31 Mart 2023

Neftçalada yol qəzası: Yaralılar var

Neftçala-Xolqaraqaşlı avtomobil yolunda qəza baş verib, 2 nəfər xəsarət alıb.

 

Manset.az  Report-a istinadən xəbər verir ki,minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb. Qəza nəticəsində rayonun Xolqaraqaşlı kəndinin sakinləri, 1996-cı il təvəllüdlü Ələkbərov Tural Abuzər oğlu və 1997-ci il təvəllüdlü Zamanov Kamil Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin