Mustafa Can, Çingiz Kurtoğlu tərəfindən döyüldü: Geri çəkilməsəydim, bıçaq boğazıma gələcəkdi

15:09 - 6 İyun 2023

Mustafa Can, Çingiz Kurtoğlu tərəfindən döyüldü: Geri çəkilməsəydim, bıçaq boğazıma gələcəkdi

Məşhur müğənni Çingiz Kurtoğlu aktyor Tolqa Yücenin ad günü məclisində menecer Mustafa Can ilə mübahisə edib.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, iddiaya görə, aralarındakı mübahisədən sonra Çingiz Kurtoğlu Mustafa Canı yumruqlayıb.

Hadisəli gecədən sonra Mustafa Can şikayət ərizəsi yazıb, Çingiz Kurtoğlunun “yüngül xəsarət” və “təhqir” ittihamı ilə 7 aydan 3 ilədək həbs cəzası tələbi ilə məhkəməyə verib.

İstanbul 55-ci Ağır Cəza Məhkəməsində keçirilən ikinci iclasada təqsirləndirilən Çingiz Kurtoğlu iştirak etməyib. Çingiz Kurtoğlunun vəkili, sənətçinin konsert proqramı ilə bağlı iclasda iştirak edə bilmədiyini deyib.

İclasda ad günü məclisində olan Esra Sönmezer şahid qismində dinlənilib. Musiqiçi olduğunu deyən Sönmezer ad günü məclisində eyni masada olduqlarını bildirib.

Hakim Kurtoğlunun vəkilinə “Axırıncı dəfə vaxt verirəm, iclasa uyğun olaraq konsertini təşkil etsin” deyə xəbərdarlıq edib. Çingiz Kurtoğlunun növbəti iclasa hazır olmasına qərar verən hakim hadisə nəticəsində Ədliyyə Tibb Qurumundan şikayətçi Mustafa Canın üzündəki izinin qalıb-qalmadığını bildirərək hesabat almağa qərar verib. Məhkəmə iclası təxirə salınıb.

İstanbul Baş Prokurorluğunun hazırladığı iddianamədə Çingiz Kurtoğlu ilə Mustafa Canın 22 noyabr 2021-ci ildə ad günündə eyni masada əyləşərək orada görüşdükləri qeyd edilib. İddianamədə şikayətçi Mustafa Canın, sənətçi Orhan Gencebay haqqında söylədiyi fikirlərə görə gərginlik yaşandığı, Çingiz Kurtoğlunun Canı söyüb təhqir etdiyi və üzünə yumruqla vurduğu bildirilib. İddianamədə şikayətçi ifadəsində təqsirləndirilən şəxsin əlindəki bıçaqla hücum etdiyindən şikayət etsə də, hadisə yerindəki kameralar tərəfindən iddianın əsassız olduğu bildirilib.

Çingiz Kurtoğlu ifadəsində Mustafa Cana uyğun bir dillə xəbərdarlıq etdiyini, lakin təhqir etməyə davam edərkən əli ilə ağzını bağladığını iddia edib. Çingiz Kurtoğlunun "yüngül  xəsarət" və "təhqir" ittihamı ilə 7 aydan 3 ilə qədər həbs olunması tələb edilib.

Manşet.az


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin