Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan 4 il ötür
11 Oktyabr 2024
23:02 - 6 İyun 2023
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirib.
Manset.az xəbər verir ki, 38 yaşlı qrossmeyster VII turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. VI turda armageddonda Nakamuranın həmyerlisi Uesli Soya uduzan Məmmədyarov yenə eyni aqibətlə üzləşib.
O, hazırda 9 xalla 3-cü pillədə qərarlaşın. 13 xalı olan nakamura isə 2-cidir.
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin