"Mançester Yunayted" bu oyunçu ilə yollarını ayırdı

21:46 - 8 İyul 2023

Qapıçı David De Xea “Mançester Yunayted”dən ayrılıb.

 

Manset.az xəbər verir ki, bu bardə klubun saytı məlumat yayıb. 32 yaşlı qolkiperlə başa çatan müqavilənin müddəti yenilənməyib.

Beləliklə, o, 12 ildən sonra Mançester təmsilçisindən ayrılıb.

De Xea 2011-ci ilin yayında “Atletiko”dan “Mançester Yunayted”ə transfer olunmuşdu. O, bu klubda 545 oyuna çıxıb və 190 matçda qapısını toxunulmaz saxlayıb.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin