Moskvaya dronlarla hücum oldu - VİDEO

09:22 - 09 Avqust 2023

Moskvaya dronlarla hücum oldu - VİDEO

Rusiyanın paytaxtı Moskvaya dronlarla hücum olub.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı özünün “Telegram” kanalında Moskvanın meri Sergey Sobyanin paylaşıb.

“İki pilotsuz uçuş aparatı şəhər üzərində uçmağa cəhd göstərib. Hər iki dron hücumu Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub. Biri Domodedovo bölgəsində, digəri Minsk şosesi tərəfdə. Hələ ki dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur”, - Moskvanın meri bildirib.

Eyni zamanda, Rusiyanın “Telegram” kanallarında Minsk şosesi tərəfdə Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən dron aparatının zərərsizləşdirildiyi anın görüntüləri yayımlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az