Meksikanın Verakrus ştatında Canqrejera Neft-Kimya Zavodunda partlayış baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayışdan sonra yanğınsöndürənlər dərhal hadisə yerinə gələrək alova müdaxilə edib. Obyektdə yanğın qısa zamanda söndürülüb.
Rəsmilər partlayış nəticəsində iki işçinin yaralandığını açıqlayıb.
Hadisə şahidləri bildiriblər ki, partlayış etan qazı emal edən sobada baş verib. Partlayışın səbəbi hələ məlum olmasa da Cangrejera Neft-Kimya Zavodu rəsmiləri hadisə ilə bağlı hər hansı açıqlama verməyib.
Aygün
Manşet.az