Bu gündən kolleclərə sənəd qəbulu başlayır

11:28 - 14 Avqust 2023

Bu gündən kolleclərə sənəd qəbulu başlayır

Bu gün saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start verilir.

 

Bu barədə Manset.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, müraciətçilər "portal.edu.az" saytı üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeydiyyat prosesi avqustun 23-ü saat 18:00-da yekunlaşacaq."Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər", - məlumatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az