Türkiyədə 2 ailə arasında DAVA: 41 nəfər yaralandı - FOTO

09:34 - 18 Avqust 2023

Türkiyədə 2 ailə arasında DAVA: 41 nəfər yaralandı - FOTO

Türkiyədə kütləvi dava zamanı xeyli insan yaralanıb. 

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Batman şəhərinin Beşiri rayonunda baş verib.

Gecə saatlarında kafedə gənclər arasında başlanan dava daha sonra iki ailə arasındakı qarşıdurmaya çevrilib. 

Ailələrin bir-birinə daş, dəyənək və bıçaqla hücum etdiyi davada 41 nəfər xəsarət alıb.

1 nəfərin başından aldığı güclü zərbə nəticəsində hazırda vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları və təcili yardım cəlb edilib. Yaralılar təcili olaraq yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az