Moskvaya uçan PUA vuruldu

08:39 - 28 Avqust 2023

Moskvaya uçan PUA vuruldu

Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri Moskva yaxınlığındakı Lyuberts rayonunda paytaxt istiqamətində uçan pilotsuz uçuş aparatını (PUA) vurub, itki və dağıntı yoxdur.

Manset.az  xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin teleqram kanalında bildirib.

"Bu gün Lyubertsı rayonunda Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru uçan pilotsuz uçan aparatı məhv edib. İlkin məlumata görə, tələfat və dağıntı yoxdur. Hadisə yerində fövqəladə xidmətlər işləyir", - o yazıb.

Bundan əvvəl Müdafiə Nazirliyi Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Bryansk vilayəti üzərində iki PUA-nı məhv etdiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az