Böyük Britaniyanın müdafiə naziri Ben Uolles vəzifəsindən istefa verib.
Manset.az xarici medaya istinadən xəbər verir ki, Ben Uolles bununla bağlı ölkənin Baş naziri Rişi Sunaka müraciət edib.
Hökumət başçısı B.Uelsin istefasını qəbul edib. Onun vəzifədən getməsinin səbəbi hələ ki, məlum deyil.
Bu gün Böyük Britaniyanın yeni müdafiə nazirinin adının açıqlanacağı gözlənilir. Bu vəzifəyə ən real namizəd hazırkı enerji təhlükəsizliyi naziri Qrant Şepsdir.
Qeyd edək ki, B.Uolles 2019-cu ildə müdafiə naziri təyin olunub.
O, bir müddət əvvəl deyib ki, siyasətdən bezib və vəzifədən getmək niyyətindədir.
Aygün
Manşet.az