Qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısı nağdsız həyata keçiriləcək

11:35 - 15 Sentyabr 2023

Qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısı nağdsız həyata keçiriləcək

Azərbaycanda ümumi məbləği 15 min manatdan çox olan qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısı nağdsız həyata keçiriləcək.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə 30 dekabr 2022-ci il tarixli 785-VIQD nömrəli qanun ilə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilərək qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlərin nağdsız qaydada həyata keçirilməsi təsbit edilib.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin