Milli Məclisdə Beynəlxalq Parlament Konfransı öz işinə başladı
7 Dekabr 2024
13:07 - 26 Sentyabr 2023
Dünənki partlayışdan sonra zərərçəkənlərə yardım göstərmək üçün Ermənistandan hava yolu ilə Xankəndiyə həkim briqadasının göndərilməsi barədə məlumat təsdiqlənib.
Manset.az xəbər verir ki, bu barədə Caliber.Az-ın mənbələri məlumat veriblər.
Qeyd olunub ki, bu addım Azərbaycanla razılaşdırılaraq həyata keçirilib. Bakı hesab edir ki, hazırda ilk növbədə insanlara təcili yardım göstərmək lazımdır.
Bu, Azərbaycanın humanist mövqe tutduğunun, 30 illik inciklik, qan və işğala görə dinc əhalidən “qisas almağa” çalışmadığının daha bir sübutudur.
Ermənistan Səhiyyə Nazirliyinin son məlumatına görə, Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində xəsarət alanların bir qismini aparan ilk helikopter artıq Qarakilsədə eniş edib. Yaralılar oradan İrəvanın tibb mərkəzlərinə aparılacaqlar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin