Milli Məclisdə Beynəlxalq Parlament Konfransı öz işinə başladı
7 Dekabr 2024
13:18 - 3 Oktyabr 2023
Türkiyənin İzmir şəhərində şərbətli içkilər satan iş yeri sahibi Mehmet Günəş şərbətə düşən arını xilas etmək istəyərkən ölüm təhlükəsi ilə üzləşib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, arının barmağını sancmasından sonra bədəni şişməyə başlayan Günəş qonşu dükan sahibinin yanına gedərək kömək istəyib. Mehmet Günəşin hüşünü itirdiyi anlar təhlükəsizlik kameralarına anbaan əks olunub.
Günəş "Daha əvvəl də arı sancmışdı, amma başıma belə bir şey gəlməmişdi. Bu dəfə çox problem oldu. Sancmadan 7 dəqiqə sonra nəfəs almaqda çətinlik çəkdim. Üzüm qızarıb, ayaqlarım titrəməyə başladı”, - deyib.
Qonşu dükan sahibinin tibbi yardım çağırması sayəsində həyatda qalan Günəşin vəziyyəti stabildir.
Aygün
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin