Fransanın Bordo, Nant, Lill və Montpelier şəhərlərinin hava limanları bomba təhlükəsi səbəbindən boşaldılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə polis hava limanlarında axtarışlar aparıb.
Son günlər ölkədə məktəb, hava limanı, muzey kimi ərazilərdə edilən saxta bomba təhdidlərinin ardından ədliyyə naziri Erik Dupond-Moretti dünən mətbuata açıqlamasında saxta bomba hədəsi verənləri tapıb cəzalandıracaqlarını açıqlayıb.
Bildirib ki, dünən ölkədəki 6 hava limanında axtarışlar nəticəsində bomba hədələrinin əsassız olduğu üzə çıxıb.
Əfsanə
Manşet.az