İngiltərədə yaşayan bir cütlüyün 18 ildir evlərini hansı təbii qaz şirkətinin təmin etdiyi müəyyən edilə bilmədiyi üçün pulsuz təbbi qazdan istifadə ediblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu yaxınlarda 44 yaşlı Li Hayns və 45 yaşlı Co Vudli cütlüyünün evinə 11 min funt-sterlinq faktura kağızı gəlib.
Li mətbuata verdiyi açıqlamada “Çox qəribə idi. Qəfildən böyük hesabın gəlməsindən narahat olduq. amma biz qazımızı kimin verdiyini öyrənmək üçün çox çalışdıq. Mart ayında biz qaz tədarükçülərinin bəzilərinə yenidən məktub yazdıq və nəhayət kimsə evə elektrik təchizatını yoxlamaq istədiklərini bildirdi. Üç ay sonra bu məktub gəldi. Məktubda 2005-2023-cü illər arasında qazdan istifadəyə görə təxminən 11 min funt sterlinq borcumuz olduğu bildirilirdi...", - deyib.
Cütlüyün evinə gələn rəsmi hesab-fakturada onların ödəməli olduqları 30 gün olduğu bildirilir, lakin qazı əslində kimin verdiyi bəlli deyil.

Əfsanə
Manşet.az