ABŞ-nin İsraildə İrana qarşı gizli hərbi bazası olması iddiası gündəmə gəlib.
Manset.az azxeber.com-a istinadən xəbər verir ki, ABŞ-nin İsraildə "İrandan gələ biləcək təhlükələrə qarşı” gizli hərbi bazası olduğu iddia edilib.
ABŞ-nin "The Intercept” internet saytının xəbərində ABŞ Müdafiə Nazirliyinin İsrailin cənubundakı Negev səhrasındakı Har Keren dağının zirvəsində yerləşən gizli baza tikintisini sakitcə davam etdirdiyi bildirilib.
Xəbərdə Qəzzanın 32 kilometrliyində, Negev səhrasında yerləşən "Site 512" kod adlı ABŞ bazasının İsrailə qarşı mümkün raket hücumlarını izləyən radar obyekti olduğu qeyd edilib.