“Milli İrs və Hibrid Təsir” layihəsi üzrə ilk təlim keçirildi - FOTOLAR

19:44 - 26 İyun 2025

“Milli İrs və Hibrid Təsir” layihəsi üzrə ilk təlim keçirildi - FOTOLAR

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Bir Təbəssüm” Vətənpərvərliyin Təbliğinə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Milli İrs və Hibrid Təsir” layihəsi çərçivəsində ilk təlim tədbiri uğurla baş tutub.


Manset.az xəbər verir ki, tədbirin açılışında layihənin rəhbəri, eyni zamanda ictimai birliyin sədri İbrahim İbrahimli çıxış edərək layihənin məqsədləri, hədəf auditoriyası və gözlənilən nəticələri barədə ətraflı məlumat verib. O, milli irsin qorunması, gənclərin maarifləndirilməsi və hibrid təhdidlərə qarşı cəmiyyətin dayanıqlığının artırılmasının layihənin əsas istiqamətləri olduğunu qeyd edib.

Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov da iştirak edib. Millət vəkili layihənin aktuallığını yüksək qiymətləndirərək, milli-mənəvi dəyərlərin təbliği və informasiya təhlükəsizliyinin təminində ictimai təşəbbüslərin rolunu vurğulayıb. O, gəncləri bu istiqamətdə daha fəal olmağa çağırıb.

Daha sonra layihənin xüsusi qonağı, psixoloq Səbinə Bayramova “Psixoloji Təsir və Hibrid Müharibənin Cəmiyyətə Təsiri” mövzusunda təlim keçib. Təlim zamanı iştirakçılara hibrid təsir formaları, psixoloji manipulyasiya metodları və onlarla mübarizə yolları haqqında əhatəli məlumatlar təqdim olunub.

Tədbirdə nəzəri biliklərlə yanaşı, praktiki nümunələr və real həyat situasiyaları da iştirakçılarla paylaşılıb. Sual-cavab və diskussiya formatında davam edən təlim gənclərin mövzunu daha dərindən qavramasına şərait yaradıb.

Təlim iştirakçıları tədbirin həm maarifləndirici, həm də motivasiyaedici xarakter daşıdığını bildirərək, layihənin davamlı olacağına ümid etdiklərini ifadə ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az