"Dost olmayan ölkələrin şirkətlərinin Rusiyadan sərbəst çıxışından söhbət gedə bilməz”.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə açıqlama verərkən deyib.
Peskov Qərb ölkələrinin Rusiyaya qarşı iqtisadi müharibə apardığını bildirib:
“Qərbin iqtisadi müharibə də daxil olmaq üzrə Rusiya ilə apardığı qismən müharibəni nəzərə alsaq, hökumətlərin şirkətlərinin təzyiqi ilə buradan ayrılan Qərb şirkətləri üçün təbii ki, xüsusi qaydalar mövcuddur. Dost olmayan ölkələrdən olan şirkətlərin Rusiyadan sərbəst çıxışından söhbət gedə bilməz, hökumət komissiyası buna nəzarət edir”.
Əfsanə
Manşet.az