17 nəfər saxta spirtli içkidən zəhərləndi

17:47 - 31 Oktyabr 2023

17 nəfər saxta spirtli içkidən zəhərləndi

İranın Qəzvin şəhərində çox sayda insan saxta spirtli içkidən zəhərərlənib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Qəzvin Tibb Elmləri Universitetinin sözçüsü Məhəmməd Hüseyn Ərdəqian məlumat verib. 

Onun sözlərinə görə oktyabrın 28-də xəstəxanaya 17 nəfər müraciət edib:

“Qəzvində spirtli içkidən zəhərlənən 17 nəfər tibb mərkəzlərinin birində müalicə olunub. Təəssüf ki, zəhərlənənlərdən ikisi dünyasını dəyişib, üçü müalicədən və qismən sağaldıqdan sonra evə buraxılıb. 12 nəfərin isə vəziyyəti ağır olduğuna görə, reanimasiya şöbəsinə yerləşdirilib”.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az