Sevinc Vaqifqızı da SAXLANILDI

09:00 - 21 Noyabr 2023

Sevinc Vaqifqızı da SAXLANILDI

“Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) saxlanılıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

S.Vaqifqızı xaricdən qayıdarkən hava limanında saxlanılıb, daha sonra evində axtarış aparılıb.

Məlumatı onun vəkili Elçin Sadıqov təsdiq edib.

Qeyd edək ki, ötən gün eyni saytın direktoru Ülvi Həsənli də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin