HƏMAS və İsrail arasında 4 günlük müvəqqəti atəşkəs və qarşılıqlı girov mübadiləsi razılaşmasında problem yaranıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, girovların dəyişdirilməsinin bu gün saat 10:00-da başlaması planlaşdırılmışdı, lakin İsrail Baş Nazirliyinin verdiyi açıqlamaya görə, girovlar cümə günündən əvvəl azad edilməyəcək.
Razılaşmaya görə, HƏMAS-ın girov saxladığı ən azı 50 nəfər, İsrail həbsxanalarında olan 150 fələstinli isə azad ediləcək. 4 gün ərzində baş tutacaq bu girov mübadiləsi zamanı atəşkəs elan ediləcəkdi.
Əfsanə
Manşet.az