Azərbaycan Mərkəzi Bankı (AMB) “Unibank”a icrası məcburi sərəncam verib.
Bu barədə Manset.az AMB-yə istinadən xəbər verir.
Qeyd olunur ki, “Unibank” KB ASC tərəfindən inzibatçı vəzifəsinə dəyişikliklə bağlı müəyyən edilmiş müddətdə Mərkəzi Banka yazılı bildiriş təqdim edilməməsi ilə əlaqədar olaraq “Banklar haqqında” qanunun 15.2-ci maddəsinin tələbinın pozulmasına görə Qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “Unibank” KB ASC-yə qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmiləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.