Səhhətində problem olan Papa: “Məzarımı hazırlatdım”

17:22 - 13 Dekabr 2023

Səhhətində problem olan Papa: “Məzarımı hazırlatdım”

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Meksikanın "N+" kanalına verdiyi xüsusi açıqlamada səhhətində problemlərlə mübarizə apardığı üçün haqqında çıxan "sələfi Papa XVI Benedikt kimi istefa verə bilər" dedi-qodularına cavab verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 86 yaşlı Papa “Hal-hazırda istefa etməyə niyyətim yoxdur” deyib.

Papa, Hz. Məryəmə duydu böyük sədaqətinə görə, qəbrini Romadakı Santa Maria Maggiore Bazilikasında hazırladıb və dəfn mərasiminin də sadələşdirilməsini istədiyini əlavə edib.

Qeyd edək ki, Papa səhhətində yaranan problemlər səbəbilə 2022-ci ilin dekabrında İspaniyanın ABC qəzetinə verdiyi müsahibədə vəzifəsini yerinə yetirə bilməyəcəyi təqdirdə istefa məktubunu 9 il hazır saxladığını bildirmişdi.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az