ABŞ prezidenti Co Baydenin “İsrail dünyanın Qəzza ilə bağlı dəstəyini itirməyə başlayıb” açıqlamasından sonra İsrailin xarici işlər naziri Eli Koen təəccüblü açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Koen: “İsrail beynəlxalq dəstək olsa da, olmasa da, HƏMAS-a qarşı müharibəni davam etdirəcək” deyib. Koen hazırkı mərhələdə atəşkəsin "Həmas"a hədiyyə olacağını və onun geri dönməsinə imkan yaradacağını vurğulayıb.
Həmçinin, İsrail Baş nazirliyinin sözçüsü Ofir Gendelman dünən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında atəşkəs çağırışı qərarının rədd edərək, "Həması məhv etdikdən sonra atəşkəs ola bilər" deyib və 153 səslə qəbul edilən BMT-nin fövqəladə atəşkəs qətnaməsinə əməl edilməyəcəyini bildirib.
Əfsanə
Manşet.az