Tikinti materiallarının istehsalının ümumi dəyəri AÇIQLANDI

15:39 - 23 Dekabr 2023

Tikinti materiallarının istehsalının ümumi dəyəri AÇIQLANDI

Azərbaycanda tikinti materiallarının istehsalı artıb.

 

Dövlət Statistika Komitəsindən Manset.az-a verilən məlumata görə, tikinti materiallarının istehsalı sahəsində 2023-сü ilin yanvar-noyabr aylarında istehsalın ümumi dəyəri 1 milyard 54,1 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,8 faiz artmışdır.

Dövr ərzində tikinti gipsinin istehsalı 92,2 faiz, gips məmulatlarının istehsalı 70,4 faiz, beton istehsalı 16,2 faiz, tikinti şüşəsinin istehsalı 7,2 faiz, əhəng istehsalı isə 2,9 faiz artıb.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin