Balakən sakini qətlə yetirildi - Şübhəli bilinən oğlu saxlanıldı

19:37 - 23 Dekabr 2023

Balakən sakini qətlə yetirildi - Şübhəli bilinən oğlu saxlanıldı

Balakəndə atasını öldürməkdə şübhəli bilinən oğlu saxlanılıb.

 

Manset.az Apa-aya istinadən xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Dekabrın 23-də saat 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Bayramov Qəhrəman İlyas oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Q.Bayramovun oğlu, 2008-ci il təvəllüdlü yeniyetmə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin