Zaqatalada ikimərtəbəli ev yandı

22:19 - 23 Dekabr 2023

Zaqatalada ikimərtəbəli ev yandı

Zaqatala rayonunun Əliabad qəsəbəsində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində bir otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə yanıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin