Tehran sakinləri İran prezidenti üçün dua oxuyurlar - VİDEO
20 May 2024
22:47 - 23 Dekabr 2023
Azərbaycan Rusiyaya ikinci partiya 306 min ədəd yumurta idxal edib.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
“Dekabrın 21-də Rusiyaya sonrakı satış üçün Azərbaycandan 18 ton (306 min ədəd) həcmində süfrə yumurtasının ikinci partiyası Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə idxal edilib”, - məlumatda qeyd olunub.
Qurum bildirib ki, Azərbaycandan yumurta ixracı üçün Rusiya bazarının açılması barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin apardığı danışıqlardan sonra qəbul edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin