Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib

15:05 - 24 Dekabr 2023

Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Manset.az xəbər verir ki, Kasım-Jomart Tokayev dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan və Qazaxıstan prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.

Telefon söhbətində bu ilin noyabrında SPECA-nın Bakıda keçirilmiş Zirvə toplantısı zamanı Azərbaycan və Qazaxıstan dövlət başçıları arasında keçirilən görüşdə əldə edilmiş bütün razılaşmaların uğurla icra olunduğu qeyd edilib, gələn il Qazaxıstan Prezidentinin Azərbaycana həyata keçiriləcək dövlət səfərinin əlaqələrimizin hərtərəfli inkişafına təkan verəcəyinə əminlik bildirilib.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin