İnsan əti yeyənlər barədə maraqlı faktlar - Kannibalizm

18:24 - 20 Yanvar 2024

İnsan əti yeyənlər barədə maraqlı faktlar - Kannibalizm

İnsanın insanı yeyə biləcəyi fikri çoxlarında ikrah doğurur. Amma insanlar arasında bu iyrənc və azğın əməllə məşğul olanlar olub.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, kannibalizm - insan əti yemək sindromu barədə 10 inanılmaz faktı təqdim edir.

10. İnsanlar və onların əcdadları müntəzəm olaraq adamyeyənliklə məşğul olublar. Bunu etiraf etmək asan deyil, lakin bəşəriyyət minlərlə il əvvəl müntəzəm olaraq kannibalizmlə məşğul olurdu. Neandertallar harasa gedəndə bir-birləri ilə qidalanırdılar.

9. İnsan əti çox doyumlu deyil, kalorisi azdır. Bir mamont bütöv bir kəndi bir ay qidalandıra bildiyi halda, bir adam bir günə güclə kifayət edirdi.

8. Heyvanlar aləmində kannibalizm çox yayılıb. İnsan kannibalizmi heyvanlardan öyrənib.
 
7. Sağ qalma instinkti insanı insan əti yeməyə məcbur edə bilər və son 100 ildə belə hallar olub. Birinci dünya müharibəsi zamanı, aclıq illərində Avropada insanların öz uşaqlarını yeməsi faktları var. Alp dağlarında qəza etmiş təyyarənin sağ qalan sərnişinləri ölən sərnişinlərin ətini yeyərək sağ qala bilmişdilər.

6. Müalicəvi kannibalizm erkən Avropa mədəniyyətində kifayət qədər məşhur idi.

Erkən Avropa mədəniyyəti iddia edirdi ki, mumiyalanmış cəsədləri və ya mərhumun hissələrini yemək müxtəlif xəstəlikləri sağaldır. Bu inancların çoxu orta əsrlər dövrünə və 18-ci əsrə qədər uzandı. Hətta muzeylərdən Misir mumiyalarını oğurlayıb yemək faktları da var.  Afrikada indi də albinosları oğurlayıb yeyirlər.

5. Kannibalizm asılılıq yaradır.

Malibu Summit Müalicə Mərkəzinin terapevti Karen Heylen deyir ki, adamyeyənlik beynin zövq mərkəzini aktivləşdirir və böyük miqdarda dopamin ifraz edir. O, bunu kimsə kokain qəbul edərkən baş verənlərlə müqayisə edib. Beləcə bir dəfə ağzı insan ətinə dəyən bundan asanlıqla vaz keçmək istəməz.

4. Erkən müstəmləkəçi Amerikada həyat çox qəddar idi. 1609-cu ildəki ağır "Aclıq vaxtı" Ceymstaun yaşayış məntəqəsində insanların ölməmək üçün bir-birlərini ovlaması faktı məlumdur. 1937-ci ildə Stalinin əmri ilə Tayqa meşələrinə sürgün edilmiş 300 nəfər arasında da kannibalizm yayılmışdı. Qışda sağ qalmaq üçün ac-susuz, əliyalın meşəyə buraxılmış adamlar bir-birlərini yeməyə başlamışdılar.

3. İnsanların çoxu adamyeyənliyin yüngül formaları ilə məşğul olur.

Müəyyən dərəcədə insanların çoxu “avtokannibalizmin” yüngül formaları və ya öz bədənlərini  yemə prosesi ilə məşğul olublar. Söhbət öz dırnaq dərisini, dırnaqlarını, tükünü gəmirməkdən gedir. Aclıq illərində insanların öz barmağını qanadıb qanı sorması faktları da var.  

2. “Avtokannibalizm” irsi ola bilər.

Daha da pisi, “avtokannibalizm” irsi ola bilər. Bu, Leş-Nyhan sindromu adlanır və X xromosomunda bir qüsurlu gendən qaynaqlanır. Bu sindromlu insanların dillərini və digər bədən hissələrini çeynədikləri məlumdur.

1. Şizofreniya kimi psixi pozğunluğu olan insanların adamyeyən olduğu bilinir. İnsanda mərhəmət və əxlaq hissini azaldan şizofreniya və ya psixopatiya kimi psixi pozğunluqlar kannibalizmlə nəticələnə də bilir. Tibb tarixində “Adamyeyən” ləqəbli bir psixopatın varlığından hamı xəbərdardır. 1992-ci ildə həbs edilmiş Nikolay Cumaqaliyev ən çox insan əti yemiş manyaklardan hesab olunur.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin