“Qarabağ”ın futbolçusu rəsmən Polşa klubunda

19:32 - 20 Yanvar 2024

“Qarabağ”ın futbolçusu rəsmən Polşa klubunda

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun Polşa klubu LKS-ə keçidi rəsmiləşib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Lodz təmsilçisi 28 yaşlı müdafiəçini rəsmi saytı vasitəsilə təqdim edib.

“Qarabağ”dan alınan mərkəz müdafiəçisi Polşa Ekstraklasa klubu ilə 1,5 illik müqavilə imzalayıb.

LKS hazırda Polşa çempionatında 10 xalla sonuncu pillədə qərarlaşıb.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin