Belarus Prezidenti xəsarət aldı - FOTO

19:44 - 20 Yanvar 2024

Belarus Prezidenti xəsarət aldı - FOTO

Belarus Prezidenti Aleksandr Lukaşenko odun doğrayarkən xəsarət alıb.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Belarus liderinin özü “Belji” zavoduna səfəri zamanı bildirib.

"Odun doğrayırdım və təxminən 80 kiloqramlıq ağac parçası ayağıma düşdü", - Lukaşenko deyib.

O əlavə edib ki, zədə əvvəlcə özünü hiss etdirməyib və normal yeriyib, lakin sonra xəsarət alan hissə şişib.

Lukaşenko xoşagəlməz hadisəyə görə bu gün keçirilən xokkey oyununu buraxmalı olub.



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin