Rüfət Hacıyev həbs edildi

19:59 - 20 Yanvar 2024

Rüfət Hacıyev həbs edildi

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri həbs edilib.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Rüfət Hacıyev saxlanılıb.

O, rüşvət almaqda təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci ( rüşvət almaq) maddəsi ilə ittiham verilib. Müstəntiqin vəsatəti əsasında Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bir müddət əvvəl Rüfət Hacıyev 9-cu sinif şagirdini döydüyünə dair məlumat yayılmışdı. Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə yaşanmış hadisə ilə bağlı yayılan məlumatda bildirilmişdi ki, təhsil ocağına yoxlamaya gələn Rüfət Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin