Bakıda sərnişin avtobusu təhlükə saçdı - VİDEO

21:18 - 20 Yanvar 2024

Bakıda sərnişin avtobusu təhlükə saçdı - VİDEO

Paytaxt küçələri ilə burnu yerə dəyən sərnişin avtobusu hərəkət edir.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Yayımlanan videodan görünür ki, Cavadxan küçəsi, 1 - Masazır marşrutu üzrə hərəkət edən 525 saylı sərnişin avtobusu tamamilə sağ tərəfə əyilmiş vəziyyətdə hərəkət edir ki, bu da sərnişinlərin həyatı üçün təhlükə deməkdir. Sosial şəbəkə istifadəçiləri də sərnişin avtobusunun bu cür məsuliyyətsiz şəkildə idarə olunmasından narazılıqlarını bildiriblər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Agentlik rəsmisi Oxu.Az-a bildirdi ki, məsələ araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin