Batumi-İstanbul reysi təxirə salındı - Bu səbəbdən

22:14 - 20 Yanvar 2024

Batumi-İstanbul reysi təxirə salındı - Bu səbəbdən

Batumi-İstanbul reysi Batumi Beynəlxalq Hava Limanının binasına bomba qoyulması ilə bağlı anonim xəbərə görə iki saat təxirə salınıb.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə "Birinci Kanal" “TAV Georgia” hava limanını idarə edən şirkətə istinadən məlumat yayıb.

Şirkətdən verilən məlumata görə, Tbilisi vaxtı ilə saat 17:40-da uçmalı olan reys yalnız saat 19:40-da uçub.

Yanvarın 20-də axşam saatlarında bomba barədə məlumat verilib və istehkamçılar hadisə yerinə gəlsələr də, partlayıcı qurğu tapmayıblar. Gürcüstan qanunvericiliyinə görə, yalan məlumat verən şəxsi inzibati cəza gözləyir.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin