Türkiyədə ağır yol qəzası - 10-u polis olmaqla 11 nəfər xəsarət aldı

22:56 - 20 Yanvar 2024

Türkiyədə ağır yol qəzası - 10-u polis olmaqla 11 nəfər xəsarət aldı

Türkiyənin Ədirnədə polisləri daşıyan xidməti avtomobillə turist avtobusu toqquşub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki,  hadisə nəticəsində 10-u polis olmaqla 11 nəfər yaralanıb.

Hadisə yerinə polis, təcili yardım, xilasetmə və jandarma qrupları cəlb edilib.

Xəsarət alan 10 polis əməkdaşı və xidməti avtomobil sürücüsü hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.

Qəza səbəbindən Kapıkule-Ədirnə yolunda nəqliyyatın hərəkəti nəzarət altına alınıb. Avtobusun sürücüsü dindirilmək üçün polis bölməsinə aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin