"Qalatasaray" argentinalı futbolçu üçün hərəkətə keçdi

10:23 - 30 Yanvar 2024

\"Qalatasaray\" argentinalı futbolçu üçün hərəkətə keçdi

Anxelinyo ilə yollarını ayıran "Qalatasaray" "Olimpik Lion"un argentinalı sol cinah müdafiəçisi Nikolas Talyafikon üçün hərəkətə keçib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "Le Parisien" nəşri yazır.

İstanbul təmsilçisi Talyafikonun transferi üçün "Olimpik Lion" və futbolçu ilə danışıqlara başlayıb.

Müdafiəçi ilə "Qalatasaray"dan başqa İspaniyanın "Real Betis" və "Vilyarreal" klubları da maraqlanır.

Transfer dəyəri 8 milyon avro olan 31 yaşlı argentinalının "Lion"la daha 1,5 illik müqaviləsi var.

Bu mövsüm "Lion"un heyətində 17 rəsmi oyuna çıxan Talyafiko 1 qol və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Qalatasaray" mövsümün əvvəlində "Leyptsiq"dən icarəyə götürdüyü Ancelino ilə yollarını ayırıb. Dünən İtaliyaya yollanan və "Roma"nın heyətində tibbi müayinədən keçən ispan sol cinah müdafiəçisinin bu gün rəsmi müqavilə imzalayacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv