"Zirə"ni legioneri 6-7 ay oynamayacaq

18:22 - 30 Yanvar 2024

\"Zirə\"ni legioneri 6-7 ay oynamayacaq

“Zirə” itki ilə üzləşib. 

 

Manset.az  xəbər verir ki, paytaxt klubunun hücumçusu Filipe Paxtman ciddi zədə alıb. Bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov məlumat verib. 

O, Azərbaycan kubokunun 1/4 finalında "Səbail"lə keçirilən oyundan sonra mətbuat konfrnasında bildirib ki, məşq zamanı braziliyalı forvardın çarpaz bağları qırılıb. Bu səbəbdən də Paxtman 6-7 ay yaşıl meydanlardan kənarda qalacaq. 

“Zirə”nin digər hücumçusu Rüstəm Əhmədzadə də bir müddət komandasına kömək edə bilməyəcək. “Səbail”lə çempionat oyununda zədələnən R.Əhmədovun müalicəsi 2 ay çəkəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv