“Klon” serialının Zoraidesi vəfat etdi

22:48 - 30 Yanvar 2024

“Klon” serialının Zoraidesi vəfat etdi

Braziliyalı aktrisa Jandira Martini 78 yaşında vəfat edib.

 

Manset.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda aktrisanın dostu Markos Karuzo məlumat yayıb.

Aktrisa tamaşaçılara Braziliyanın “Klon” serialındakı rolu ilə tanınır. Martini serialda baş qəhrəmanın köməkçisi Zoraide rolunu canlandırıb.

Martininin ölüm səbəbi açıqlamayıb. Lakin “O Globo” nəşri daha əvvəl Martininin ağciyər xərçəngindən əziyyət çəkdiyini yazmışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv