Ölkə üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Manset.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.
"Bu seçkilərdə veb-kamera quraşdırılan məntəqələrin sayı əvvəlki seçkilərlə müqayisədə 3 faizə qədər çoxdur.
Məntəqələrə veb-kameraların quraşdırılması 2010-cu ildə Azərbaycan prezidentinin özünün ideyası idi. O zamandan bu təcrübə tətbiq edilir".