Nigar-Şəbnəm davası böyüdü: “O boyda "Avroviziya"ya getdin...”

07:00 - 9 Fevral 2024

Nigar-Şəbnəm davası böyüdü: “O boyda

Müğənni Şəbnəm Tovuzlu və Nigar Camal arasındakı qalmaqal yenidən alovlanıb.

 

Manset.az  bakıvaxtı.az-a istinadən xəbər verir ki, teleaparıcı Tarix Əliyev (Tolik)  "Tarixin bir günü" verilişində mövzuya yenidən qayıdıb.

Belə ki, Tolik Nigar Camalın Şəbnəm Tovuzlunun adını çəkməsi ilə gündəm yaratdığını bildirib:

"Nigar Camal Şəbnəmin adını dedi, bütün saytlar ondan yazdı. Mən də dedim ki, o boyda "Avroviziya"ya getdin, milyonlarla xərc çəkib, yarışma etdiniz, bu qədər effektli olmadı".

Tolikin bu sözləri dediyi videonu sosial media hesabında izləyiciləri ilə bölüşən Tovuzlu isə paylaşıma bu sözləri yazıb:

"Totu, inan ki, düz dedin..."

Qeyd edək ki, uzun müddətdir Şəbnəm Tovuzlu və Nigar Camal arasında soyuq küləklər əsir. Belə ki, bir neçə il öncə Şəbnəmin "Avropanın paytaxtı Amerikadır" deməsini Nigar Camal lağa qoyub. Bu da tərəflər arasında qalmaqalın yaranmasının təməl daşı rolunu oynayıb.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin