İtaliya A Seriyasının komandalarından olan "Latsio" Superliqada aşağı liqaya düşən "Hatayspor"un ulduzu Fisayo Dele-Başirunu heyətinə qatmağa hazırlaşır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, "Latsio"nun "Hatayspor"un ulduzunu 7 milyon avroya heyətinə qatmaq üzrə olduğu iddia edilib.
İtaliya komandası Dele-Başiru ilə də böyük ölçüdə razılığa gəlib.
23 yaşlı futbolçunun qısa müddət ərzində İtaliyaya gedəcəyi və sağlamlıq üçün yoxlamadan keçəcəyi bildirlib.
Əfsanə Rəcəb
Manşet.az