Serb müğənnisi Milica Pavloviç Novi Saddakı konserti zamanı geyindiyi libasla dünya miqyasında tənqid hədəfinə çevrilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dərin yarıqlı paltarına görə alt paltarı geyinib geyinmədiyi müzakirə mövsuzu olan Pavloviç İnstaqram hesabından açıqlama verib.
Pavloviç açıqlamasında "Geyimimin altında ət rəngli kostyum var idi. Bu, Bojan Petroviç tərəfindən ustalıqla yaradılmış "optik illüziya" dediyimiz bir parçadır" deyib.
Qeyd edək ki, Milika Pavloviç şənbə günü, iyunun 15-də Novi Saddakı Spence Hallda 8000-dən çox pərəstişkarına konsert verib.
Əfsanə Rəcəb
Manşet.az