UEFA-dan Mbappeyə qadağa - Meydana çıxa bilməz

12:43 - 21 İyun 2024

UEFA-dan Mbappeyə qadağa - Meydana çıxa bilməz

Fransa millisinin hücumçusu Kilian Mbappenin ölkə bayrağının rənglərində qoruyucu maska ​​taxaraq meydana çıxmasına icazə verilməyəcək.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, UEFA qaydalarına əsasən, “oyun meydançasında istifadə olunan tibbi avadanlıq eyni rəngdə olmalı və komandanın və ya istehsalçının kimliyini müəyyən etməyə imkan verməməlidir”.

Cümə axşamı forvard mavi, ağ və qırmızı maska ​​ilə məşqə çıxıb.

Həmçinin qeyd olunur ki, futbolçu taxa biləcəyi başqa maskalar alıb, lakin məşq vaxtı Fransa Futbol Federasiyası onları hələ yoxlamamışdı.

 

Fidan Əliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv